6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Biznesə daxilolma” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiq edilib

“Biznesə daxilolma” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiq edilib

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Yol Xəritəsinə əsasən, bu il təsis payının özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydiyyat orqanı tərəfindən onlayn qaydada Ədliyyə Nazirliyindən əldə edilərək kommersiya hüquqi şəxsin təsisçi dəyişikliyinin qeydiyyata alınmasını nəzərdə tutan qanunvericilik layihələrinin hazırlanması planlaşdırılır. Bundan başqa, fəaliyyəti xüsusi qanunvericilik aktları ilə tənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı digər dövlət orqanları tərəfindən verilən sənədlərin elektron qaydada qeydiyyat orqanına təqdim olunması ilə bağlı texniki imkanın yaradılması gözlənilir. Eyni zamanda, 2025-ci ildə xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxsin elektron apostil verilmiş xarici mənşəli sənədlərinin Elektron Apostil Proqramı vasitəsilə yoxlanılaraq tərcüməsinin notarius tərəfindən informasiya sistemi üzərindən distant rəsmiləşdirilməsi və qeydiyyat orqanına təqdim olunması ilə əlaqədar texniki imkanın yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.

Yol Xəritəsi ilə ətraflı aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/uploads/2025/strategiya/Business%20Entry_2025%20roadmap_21.02.2025.pdf

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?