6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Vergitutma” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiq olunub

“Vergitutma” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiq olunub

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Yol Xəritəsinə əsasən, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə müraciətlər mexanizminin stimullaşdırılması, bununla bağlı müraciətlər və qəbul edilmiş qərarlarla bağlı məlumatların şəffaflığı və əlçatanlığının təmin olunması üçün hesabatlılığın təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Bununla yanaşı, ekoloji vergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatə dairəsinin müəyyən edilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və hazırlanmış icmalın Komissiyaya təqdim olunması planlaşdırılır. İl ərzində mikrosahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi, avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə mərhələli keçidin tətbiqi, eləcə də "Biznes mühitini və vergi yükünü araşdır" və "Vergitutma rejiminin seçimi" adlı yeni elektron xidmətlərin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, “Vergitutma” sahəsində müvafiq yol xəritəsinin həyata keçirilməsinə məsul “Vergi və hesabatlılıq” İşçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.

Yol Xəritəsi ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/uploads/2025/strategiya/2025.pdf

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?