6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Adobe Systems Software Ireland Limited” şirkəti ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb

“Adobe Systems Software Ireland Limited” şirkəti ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb

Vergi orqanları tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində aparılan islahatlar çərçivəsində xarici şirkətlərin ƏDV məqsədləri üçün uçota alınması prosesi davam etdirilir. Daha bir nüfuzlu beynəlxalq şirkət bu məqsədlə Dövlət Vergi Xidmətinin (DVX) Portalında elektron qaydada vergi uçotuna alınıb.

“Adobe Systems Software Ireland Limited” şirkətinin Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyatı 2025-ci il martın 1-dən etibarən qüvvəyə minib. Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, həmin tarixdən etibarən şirkətin təqdim etdiyi xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdiyi ödənişlər zamanı banklar tərəfindən ƏDV məbləği hesablanmayacaq.

“Adobe Systems Software Ireland Limited” qrafik dizayn, multimedia məzmunu, sənədlərin idarə edilməsi və proqram təminatı həlləri üzrə dünya miqyasında tanınmış şirkətdir. “Adobe Creative Cloud”, “Adobe Acrobat”, “Adobe Photoshop” və digər proqram məhsulları vasitəsilə istifadəçilərə rəqəmsal yaradıcılıq və biznes həlləri təqdim edən şirkət İrlandiyada qeydiyyatdan keçib və fəaliyyətini beynəlxalq səviyyədə həyata keçirir.

Qeyd edək ki, ötən ilin sonlarında “Apple Distribution International Limited” şirkəti də Azərbaycanda Respublikasında ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar elektron xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?