6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Namiq Dərgahov: “ƏDV bəyannaməsi ilə bağlı əvəzləşmələrin avtomatik doldurulması gözlənilir”

Namiq Dərgahov: “ƏDV bəyannaməsi ilə bağlı əvəzləşmələrin avtomatik doldurulması gözlənilir”

Bu ilin I yarımilliyində vergi bəyannamələrinin onlayn rejimdə hazırlanmasına keçidin tam olaraq başa çatdırılması nəzərdə tutulub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət Baş idarəsinin rəis müavini Namiq Dərgahov “Vergi və Mühasibatlıq Zirvəsi 2025"-in “Vergilər: Menecment və Vizyon” panelindəki çıxışında məlumat verib. Onun sözlərinə görə, həmin yenilik biznes subyektlərinə bəyannamə təqdim edilərkən qarşılaşdıqları uyğunsuzluqları vaxtında və yerində həll etmək imkanı yaradacaq. Nəticədə gələcəkdə təqdim ediləcək bəyannamələrdə elektron uyğunsuzluq məktublarının sayını, həm də vergi ödəyicilərinin maliyyə risklərini minimallaşdıracaq. Bu sahədə uyğunsuzluqların azalması, öz növbəsində, vergi orqanlarının işinə də müsbət təsir göstərəcək.

N.Dərgahov əlavə edib ki, vergi ödəyicilərinin vergi orqanlarında olan şəxsi hesab vərəqələrinin məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqları üzrə bölməsinin bir sıra vərəqələrinin birləşdirilməsinə başlanılıb. Prosesin bu ilin I yarımilliyində başa çatdırılması nəzərdə tutulur. Əməliyyatların vizual olaraq bir vərəqədə əks olunması vergi inzibatçılığının sadələşdirilməsinə və mühasiblərin işinin yüngülləşməsinə müsbət təsir göstərəcək.

İlin II yarısı üçün planlar

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin hazırlanmasına sərf olunan vaxtın və inzibati yükün azaldılması məqsədilə II yarımillikdə optimallaşdırma və sadələşdirilmə sahəsində də işlər nəzərdə tutulur: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu istiqamətdə qarşılıqlı şəkildə fəaliyyət göstəririk. Dəyişikliklərdən sonra “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”yə sığortaedənin uçot nömrəsi (SUN) və sığortaolunanın sosial sığorta nömrəsi (SSN) daxil edilməyəcək, həmçinin, gəlir vergisinə və sığorta haqlarına cəlb olunmayan gəlirlərin bəyannamədə FİN üzrə qeyd edilmə tələbi aradan qaldırılacaq”.

N.Dərgahovun sözlərinə görə, II yarımillikdə icrasına başlanılması nəzərdə tutulan digər layihə şəxsi hesab vərəqəsində MDSS, işsizlikdən sığorta üzrə vərəqələrin strukturunun vergi vərəqəsinin strukturuna uyğunlaşdırılması ilə bağlıdır. Bu dəyişiklik gələcəkdə vergi ödəyicilərinin müraciətlərinin sayının azalmasına və səmərəliliyin artırılmasına müsbət təsir göstərəcək.

Ortamüddətli dövrdə hədəflər

N.Dərgahov ortamüddətli dövrdə həyata keçirilməsi gözlənilən layihələrdən də danışıb. Bildirib ki, əlavə dəyər vergisi bəyannaməsi ilə bağlı əvəzləşmələrin, sadələşdirilmiş vergi bəyannaməsi üzrə məlumatların proqram təminatı tərəfindən əvvəlcədən doldurularaq vergi ödəyicilərinə təqdim edilməsi imkanları araşdırılır.

Digər layihə barədə məlumat verən N.Dərgahov bildirib ki, muzdlu işlə bağlı elektron uyğunsuzluqlar hal-hazırda aktiv əmək müqavilələri əsasında müəyyən edilir. Hal-hazırda bəyannamənin əmək müqavilələri ilə yanaşı digər məlumat mənbələri əsasında proqram təminatı tərəfindən əvvəlcədən hazırlanması məqsədilə texniki imkanlar nəzərdən keçirilir: “Digər qurumlarla bu sahədə müzakirələr aparırıq. Bəyannamənin əvvəlcədən doldurulması imkanının yaradılması nəticəsində həm vergi ödəyicilərinin, həm də vergi orqanlarının bu prosesə sərf olunan vaxtı ciddi şəkildə azalacaq”.

Fərqanə ALLAHVERDİQIZI

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?