6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Belçika Federal Dövlət Maliyyə Xidməti ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Belçika Federal Dövlət Maliyyə Xidməti ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Belçika Federal Dövlət Maliyyə Xidmətinin rəhbəri Filip Van de Velde ilə videoformatda görüş keçirib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığın gücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər IOTA çərçivəsində birgə fəaliyyətin şaxələndirilməsi məsələləri, eyni zamanda, ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi ilə bağlı fikirlərini bölüşüblər. Görüşdə IOTA-nın fəaliyyətinin genişləndirilməsi, yeni üzvlərin cəlb edilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Dövlət Vergi Xidmətinin Təşkilata rəhbərliyi müddətində həyata keçirilən işlər, strateji inkişaf planları və perspektivlər müzakirə edilib.

Görüşdə vergi sahəsində ikitərəfli əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparılıb. Dayanıqlı iqtisadi fəaliyyətə dair təcrübələr, rəqəmsal vergi inzibatçılığı, qarşılıqlı məlumat mübadiləsi, vergidən yayınma halları ilə effektiv mübarizə, innovasiyaların tətbiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi kimi sahələrdə ortaq hədəflərə istiqamətlənmiş təşəbbüslər nəzərdən keçirilib.

Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi hər iki ölkə üçün vergi sisteminin inkişafı, iqtisadi təcrübələrin və investisiya mühitinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vergi inzibatçılığı sahəsində müştərək təşəbbüslərin artırılması üçün mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?