17 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”la əməkdaşlığı güclənir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergi sahəsində məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi, Azərbaycan Respublikasının etibarlı mübadilə tərəfdaşı kimi nüfuzunun qorunması, eyni zamanda, daxili qanunvericiliyin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması prosesində aktiv iştirakını davam etdirir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası 2013-cü ildən “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a üzv olmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesində iştirak öhdəliyini öz üzərinə götürüb.

Qlobal Forum tərəfindən mütəmadi olaraq üzv ölkələrdə məxfilik və mübadilə edilən məlumatların konfidensiallığının qorunması (Confidentiality and Data Safeguards) səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi həyata keçirilir. Azərbaycan Respublikasında da məxfilik və mübadilə olunan məlumatların konfidensiallığının qorunması səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi məqsədilə Qlobal Forumun qiymətləndiriciləri qiymətləndirmə prosesini həyata keçirmək üçün ötən həftə Azərbaycana səfər ediblər.

DVX-nin rəis müavini İlkin Vəliyev nümayəndə heyəti ilə görüşüb. Görüşdə səfərin əhəmiyyəti və ölkəmizin beynəlxalq stadartların tətbiqi sahəsində mövcud təcrübəsi barədə fikir mübadiləsi aparılıb.
Səfər zamanı nümayəndə heyətilə DVX-nin müxtəlif struktur bölmələrinin iştirakı ilə görüşlər keçirilib, qiymətləndirici ekspertlərlə müzakirə edilib. Həyata keçirilən islahatlar, məlumat mübadiləsi və informasiya təhlükəsizliyi barədə zəruri məlumatlar nümayəndə heyətinə təqdim olunub.

Qiymətləndirmənin Azərbaycan Respublikasının şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini göstərməklə yanaşı, etibarlı mübadilə tərəfdaşı kimi beynəlxalq nüfuzunun qorunmasına müsbət təsir edəcəyi gözlənilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?