27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvan MR üzrə işsizlikdən sığorta vəsaitlərinin hesab rekvizitləri yenilənib

Naxçıvan MR üzrə işsizlikdən sığorta vəsaitlərinin hesab rekvizitləri yenilənib

2025-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası üzrə işsizlikdən sığorta vəsaitləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin xəzinə hesablarına köçürülməlidir. Naxçıvan Muxtar Respublikası üzrə bütün vergi ödəyicilərinin yeni rekvizitlər barədə məlumatlandırılması məqsədilə müvafiq məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib:

https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi

İşsizlikdən sığorta üzrə yığımlara dair büdcə təsnifat kodları aşağıdakı kimidir:

123100 - İşəgötürənlərin əməyi fondundan hesablanan işsizlikdən sığorta haqqı
123200 - İşləyənlərin əməkhaqlarından hesablanan işsizlikdən sığorta haqqı
123300 - İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş digər gəlirlər.
Büdcə səviyyə kodu: 4

İşsizlikdən sığorta üzrə faiz, cərimə və sanksiyalara dair büdcə təsnifat kodları aşağıdakı kimidir:

126100 – İşsizlikdən sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarından daxilolmalar
126200 – İşsizlikdən sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar
126300 – İşsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar
Büdcə səviyyə kodu: 4

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?