15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-rezidentlərə ödənilən məbləğdən ödəmə mənbəyində verginin tutulması

Vergi Məcəlləsinin 13.2.33-cu maddəsinə əsasən, yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azəbaycan Respublikasında yerləşən göndərilmə məntəqəsi ilə digər dövlətdəki təyinat məntəqəsi arasındakı daşınması beynəlxalq daşıma adlanır.

Vergi Məcəlləsinin 13.2.16.17-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xidmətlərindən əldə edilən gəlirlər Azərbaycana aid edilir. Məcəllənin 125.1.4-cu maddəsində isə göstərilir ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın qeyri-rezidentə ödəmələrindən ödəmə mənbəyində 6 faiz vergi tutulmalıdır. Qeyd edilənlərə əsasən, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən beynəlxalq daşıma sayılmayan, yəni xarici dövlətlərarası daşımalara görə qeyri-rezident şəxslərə ödənilən məbləğ ödəmə mənbəyində vergiyə cəlb olunmamalıdır.

Tutaq ki, "A" MMC ilə "B" MMC arasında bağlanmış müqavilə şərtlərinə əsasaən, "A" MMC "B" MMC-yə məxsus yükün Ukrayna dövlətində yerləşən məntəqədən Bakıda yerləşən məntəqəyə daşınmasını öz üzərinə göturub. "A" MMC "B" MMC-yə məxsus yükün ilkin olaraq Ukrayna dövlətinin Odessa limanından gəmi vasitəsilə Gürcüstan dövlətinin Poti limanına qədər daşınması üçün Ukrayna dövlətində fəaliyyət göstərən qeyri-rezident şəxslə müqavilə bağlayıb və qeyd olunan daşınmaya görə həmin qeyri-rezident şəxsə ödəniş edib.Yükün Poti limanından Azərbaycan Respublikasındakı boşaldılma məntəqəsinə daşınması isə Gürcüstanda fəaliyyət göstərən digər qeyri-rezident şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilib və həmin qeyri-rezident şəxsə ödənilən gəlirdən ödəmə mənbəyində 6 faiz vergi tutulub. Bu halda "A" MMC "B" MMC-yə məxsus yükün ilkin olaraq Odessa limanından gəmi vasıtəsilə Poti limanına qədər daşınması üçün qeyri-rezident şəxsə ödənilən məbləğdən ödəmə mənbəyində vergi tutulmalıdırmı?

Vergilər Nazirliyindən bildirilib ki, sorğuda qeyd olunan nəqliyyat daşımalarının Vergi Məcəlləsinin 13.2.33-cü maddəsində verilən beynəlxalq daşımalar anlayışına aid edilmədiyini nəzərə alaraq, həmin daşımaları həyata keçirən qeyri-rezidentə ödənilən məbləğdən vergi agenti (rezident müəssisə) tərəfindən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalıdır.

Vergi Məcəlləsinin 13.2.33-cü bəndində qeyd edilib ki, Azərbaycan Respublikası ərazisindən tranzit dedikdə, gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınma nəzərə tutulur.

Məcəllənin 125-ci maddəsi isə qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması qaydalarını aydınlaşdırır. Həmin maddənin 125.1.5-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 125.1.1-ci - 125.1.4-cü, 125.1.6-cı - 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə olunan gəlirləri və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirləri üzrə ödəmə mənbəyindən 10 faiz həcmində vergi tutulur.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?