Azərbaycanda 2027–2030-cu illər üzrə yaşayış minimumunun proqnozu açıqlanıb
2027–2030-cu illər üzrə proqnozlaşdırılan ölkə üzrə yaşayış minimumunun dəyəri müvafiq olaraq 314, 329, 344 və 359 manat təşkil edir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
"2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun dəyəri 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilmişdir. 2027-ci il üçün qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində müəyyən edilmişdir”, - Sahib Ələkbərov bildirib.
