Qeyri-neft-qaz sektorunda özəl investisiyaların həcmi təxminən 21 faiz artıb
İqtisadi artımın və yeni iş yerlərinin yaradılmasının mühüm şərtlərindən biri investisiya fəallığıdır.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavininin sözlərinə görə, cari ilin 9 ayında əsas kapitala investisiyalar real ifadədə 10,9 faiz, qeyri-neft-qaz sektorunda özəl investisiyalar isə təxminən 21 faiz artmışdır.
“Bu investisiyalar yeni istehsal və xidmət sahələrinin inkişafına, regionlarda iqtisadi fəallığın və məşğulluğun genişlənməsinə imkan yaradır”, - Sahib Ələkbərov qeyd edib.
