30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçiriləcək

2024-cü ilin oktyabrın 2-də saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçiriləcək.

İclasda “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin 1-ci yarımili üzrə görülmüş işlər, habelə ondan sonrakı dövrdə görülən işlər, ƏDV depozit hesabından dövlət büdcəsinə köçürmələrin reqlamenti müzakirə ediləcək. Bununla yanaşı, iclasda 2024-cü il üzrə Yol Xəritəsinin hədəflərinə dair müzakirə növbəti dövrdə həyata keçirilməsi nəzərdə tutulan işlər diqqət mərkəzində olacaq.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “Onlayn müraciət” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?