19 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrotexniki xidmətlərə görə ƏDV ödənilməsi

Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən sahibkarlar bir çox vergilərdən azaddır. Ancaq bəzi xidmət sahələrində fermerlərə göstərilən aqrotexniki yardımlar bu siyahıya daxil deyil. Məsələn, bitkiçilik məhsulunun gələcəkdə ona təhvil verilməsi şərtilə fermerlərə (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə) həm maliyyə yardımı, həm də aqrotexniki xidmətlər (şum, əkin, malalama, səpin, dərmanlama və s.) göstərir. Bu halda fermerlərə göstərilən aqrotexniki xidmətlərə görə ƏDV hesablanmalıdır?

Vergilər Nazirliyi bu məsələ ilə bağlı şərh verib. Bildirilib ki, ƏDV-dən azad edilən əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsində qeyd olunub. Sorğuda qeyd olunan aqrotexniki xidmətlər ƏDV-dən azad edilən əməliyyatlara aid edilmədiyi üçün ümumi qaydada ƏDV-yə cəlb olunur. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə mülkiyyət hüququnun başqasına verilməsi ƏDV məqsədləri üçün təqdimetmə sayılmadığına görə, maddi yardım ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət hesab edilir. Burada ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. Məcəllənin 159-cu maddəsində vergitutma obyektlərinin siyahısı verilib. Həmin maddənin 159.8-ci bəndinə əsasən, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?