7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qüdrətli dövlət naminə!

Qüdrətli dövlət naminə! Video

Vergilər Nazirliyi cəmiyyətdə vergi ödəmə vərdişlərinin formalaşdırılması, ölkədə vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində təbliğat, məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir. Bu məqsədlə son dövrlərdə nazirliyin təşəbbüsü ilə bir neçə sosial çarx hazırlanıb. 

Sosial reklam çarxlarında Vergilər Nazirliyi tərəfindən vergilərin hara və nəyə xərclənməsi barədə həmin vergiləri ödəyənlərin daha ətraflı məlumatlandırılması, bu sahədə şəffaflığın təmin edilməsi obrazlı şəkildə ifadə olunub. Sosial çarxların süjetləri həyatda baş verən real hadisələr əsasında qurulub və müxtəlif peşə sahiblərinin fədakar fəaliyyətinə həsr edilib. Bu məqsədlə təhlükəsiz, sağlam, qayğıkeş və savadlı dövlət naminə kimi əsas çağırışlardan istifadə olunub. Vergilər Nazirliyi sosial çarxları kommunikasiya vasitələrində yayımlamaqla vergilərin ödənilməsinin vacibliyini, cəmiyyətdə ictimai dəstəyin artırılmasına nail olmağı qarşıya məqsəd qoyub.

Bu günlərdə Vergilər Nazirliyi tərəfindən "Qüdrətli dövlət naminə!" çağırışı ilə növbəti sosial çarx hazırlanıb. Bu dəfə süjet xətti olaraq oyun zamanı öz yoldaşları tərəfindən kənarda saxlanan, əsgərlərin onu komanda şəklində oyuna cəlb etməsi ilə futbol oynamaq istedadı üzə çıxan azyaşlı uşağın həyat hekayəsi əsas götürülüb. Süjet xəttində vurğulanır ki, qəhrəman olmaq heç kimin borcu deyil, lakin vətəndaşlıq mövqeyini hər bir kəs hər zaman nümayiş etdirməlidir.

"Qüdrətli dövlət naminə" sosial çarxının mərkəzi televiziya kanallarında və sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?