19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq forumda iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin əməkdaşları Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) “Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsinə (BEPS) qarşı mübarizə” mövzusunda Forumunda iştirak ediblər. Üç gün davam edən tədbirə 19 ölkədən 34 nümayəndə qatılıb.

Forumun açılış mərasimində IOTA-nın beynəlxalq vergi mütəxəssisi Alexandros Roukalis və Gürcüstan Gəlir Xidmətinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Samson Uridia iştirakçılara tədbirin mahiyyəti barədə məlumat veriblər. Bildiriblər ki, forum vergi administrasiyalarının üzləşdiyi müxtəlif BEPS problemlərinə qarşı həll yolları üçün qəbul edilmiş strategiyaların, metodların, praktiki yanaşmaların və ən yaxşı təcrübələrin təqdim olunması istiqamətində faydalı platformadır.

Forumun ilk günündə “İqtisadiyyatın rəqəmsallaşması nəticəsində yaranan vergi problemlərini aradan qaldırmaq üçün ikisütunlu həllər üzrə son yeniliklər” mövzusunda keçirilmiş sessiyada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, IOTA təmsilçilərinin, habelə Finlandiya və Danimarkadan olan nümayəndələrin təqdimatları dinlənilib.

Tədbirin ikinci günü “CbCR hesabat mübadiləsindən alınan məlumatların praktiki istifadəsi, məlumatların emalı, bu sahədə qarşıya çıxan problemlər” mövzusunda sessiya keçirilib. Tədbir çərçivəsində İsveç, Danimarka, İtaliya və Portuqaliyanın təcrübələri müzakirə olunub.

Forumun üçüncü günü “Mürəkkəb qrupdaxili əməliyyatlarla bağlı transfer qiymətləri məsələləri” mövzusuna həsr edilmiş sessiyada Avstraliya, İspaniya, Belçika və Xorvatiyadan olan iştirakçıların çıxışları yer alıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov təqdimatla çıxış edərək Azərbaycanda beynəlxalq standartların tətbiqi və qiymətləndirilməsi proseslərində cari vəziyyət barədə forum iştirakçılarına məlumat verib.

Yekunda ölkələr üçün BEPS sahəsində prioritet mövzular, çağırışlar və potensial imkanlar müzakirə edilib.

Forum bitdikdən sonra Dövlət Vergi Xidməti və Gürcüstan Maliyyə Nazirliyi yanında Gəlir Xidmətinin nümayəndələri arasında elektron ticarətin vergiyə cəlb olunması mövzusunda görüş keçirilib. Görüşdə bu sahədə görülmüş işlər, praktiki çətinliklər, qeyri-rezidentlərin onlayn qeydiyyatı, sosial influenserlərin vergiyə cəlb olunması ilə bağlı müzakirələr aparılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?