14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Regionlarda turizm obyektlərinə görə əmlak vergisinin ödənilməsi

“XX” MMC-yə məxsus istirahət mərkəzinə üçmərtəbəli hotel binası və 15 kotec aiddir. 2024-cü ildən turizm sektoru üçün əmlak vergisi üzrə vergi güzəşti tətbiq edilib. Bilmək istərdik ki, MMC-yə məxsus bu binalara görə əmlak vergisi öhdəliyi necə hesablanacaq?

Vergi Məcəlləsinin 1 yanvar 2024-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 199.11-ci, 199.14-cü və 199.15-ci maddələri nəzərə alınmaqla, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən (bu Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna edilməklə) yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 198.2-ci maddəsinə əsasən, müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Qeyd olunanlara əsasən, 2024-ci il yanvarın 1-dən 3 il müddətinə hüquqi şəxs tərəfindən balansında olan mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlakların sahələrinə görə Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmış əmlak vergisinin 75 faizi azaddır.

Əsas: Vergi Məcəlləsinin 198.2-ci və 199.21-ci maddələri

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?