19 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xeyriyyə Yaradıcılıq Yarmarkası keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sosial məsuliyyət strategiyası çərçivəsində faydalı təşəbbüslərin dəstəklənməsini daim diqqətdə saxlayır və ictimai layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bu məqsədlə DVX-də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xeyriyyə Yaradıcılıq Yarmarkası və “Məktəblilərə vergilərin əhəmiyyətini aşılamaq məqsədilə nağıl müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Xeyriyyə Yaradıcılıq Yarmarkasında vergi orqanları əməkdaşlarının övladlarının 250-dən çox yaradıcılıq nümunələri nümayiş etdirilib. Məktəblilərin rəsm əsərləri və digər əl işlərinin satışından əldə olunan gəlir xeyriyyə məqsədlərinə - valideyn himayəsindən məhrum uşaqların ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Yarmarka başa çatdıqdan sonra uşaqlar üçün vergilər mövzusunda maarifləndirici təqdimat keçirilib, məktəblilərə vergilərin əhəmiyyəti barədə danışılıb. Sonra uşaqlar üçün interaktiv yarışma təşkil olunub, məktəblilər vergilər mövzusunda sualları cavablandırıblar. Yarışmada fərqlənən məktəblilərə müxtəlif hədiyyələr verilib.

Tədbir zamanı “Məktəblilərə vergilərin əhəmiyyətini aşılamaq məqsədilə nağıl müsabiqəsi”nin qalibləri də mükafatlandırılıblar. Qalib gələn məktəblilərə diplom və sertifikatlar, hədiyyələr təqdim olunub.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?