8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şərurdakı Vergi ödəyicilərinə xidmət mərkəzi geniş funksiyalara malikdir

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin Şərur şəhərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzi geniş funksiyalara malik olmaqla sahibkarlara vergi sahəsi üzrə bütün xidmətləri göstərir.

Burada vergi ödəyicilərinə vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi bəyannamələrinin tərtib edilməsi və təqdim olunma müddətləri, vergi orqanlarında qeydiyyat məsələləri haqqında məlumat və izahatlar verilir, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, “Asan İmza” sertifikatının verilməsi və digər məsələlərlə bağlı xidmətlər göstərilir.

Mərkəzdə həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərilməklə, gün ərzində təxminən 150-dək şəxsin qəbul edilməsi və həmin şəxslərə müxtəlif xidmətlərin göstərilməsi mümkündür. Bununla yanaşı, ölkədə yaradılan könüllülük ənənəsinin dövlət vergi orqanlarında tətbiqinə uyğun olaraq Mərkəzdə könüllülər fəaliyyət göstərir.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?