16 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti ilə SOCAR arasında memorandum imzalanıb

25 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında təlim və inkişaf sahəsi üzrə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Sənəd hər iki dövlət qurumunun intensiv əməkdaşlıq münasibəti qurmaqla əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təcrübə mübadiləsini nəzərdə tutur. Memorandum tərəflərin birgə və ya SOCAR-a aid müxtəlif mövzularda keçirilməsi nəzərdə tutulan təlim və inkişaf tədbirlərinin DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkilini, qurumların əməkdaşlarının qarşılıqlı təlimlərdə iştirakını, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) müvafiq infrastrukturunun DVX tərəfindən istifadəsini və TTSİ təlimlərində DVX əməkdaşlarının müvafiq şərtlərlə iştirakını, elektron təlim materiallarının qarşılıqlı mübadiləsini və digər məsələləri əhatə edir.

Əməkdaşlıq haqqında Memorandumu DVX-nın rəis müavini Samirə Musayeva və SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva imzalayıblar.

Tədbirdə çıxış edən Ziba Mustafayeva, Samirə Musayeva, SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova, DVX İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova, DVX rəisinin müşaviri Sərxan Həşimov əməkdaşlıq istiqamətlərinin əhəmiyyətindən danışıb və kommunikasiyanın qurulmasından məmnunluq ifadə ediblər.

Qeyd edək ki, əməkdaşlığın uzun müddət davam etdirilməsi və gələcəkdə insan kapitalının davamlı inkişafı istiqamətində əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.

VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri VergiVəsaitlər əvəzləşdirilən zaman məbləğlərin gəlir və xərc kimi göstərilməsi VergiƏlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur?