19 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aksizli məhsulların istehsal həcmi və gəlirlərinin bəyan edilməsi sahəsində şəffaflaşma prosesi davam edir

Vergilər Nazirliyi tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər, bütövlükdə, fiskallaşma istiqamətində görülən işlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə edilir. Aksizli məhsulların istehsal həcmində və aksiz məbləğində yüksək artım templəri istehsalın və dövriyyələrin şəffaflaşmasına, vergidən yayınmanın miqyasının azalmasına dəlalət edir.

2019-cu ilin yanvar-may aylarında alkoqollu məhsullar və energetik içkilərin istehsalı (aksiz vergisinə cəlb olunan istehsal həcmi) ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz, aksiz məbləği 2,5 dəfə, alkoqollu içkilərin istehsalçılarının dövriyyəsi isə 1,6 dəfə artıb.

Cari ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalçıları üzrə tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı 18,4 faiz, aksiz məbləği 5,6 dəfə, tütün məmulatlarının istehsalçıları üzrə dövriyyə isə 3,7 dəfə artıb. Bu sektorda artımlar, əsasən, yeni istehsal müəssisələrinin yaranması, eyni zamanda istehsal həcminin və dövriyyələrin şəffaflaşması şəraitində mümkün olub. Tütün məmulatlarının istehsalçıları üzrə vergi ödəmələrinin artımına təsir edən amillərdən biri də aksiz məbləğinin artırılması ilə əlaqədardır. Bu amil nəzərə alınmadan tütün məmulatları üzrə aksiz məbləğində artım 12,5 faiz təşkil edir.

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi