14 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yarım ildə Vergilər Nazirliyinin Apelyasiya Şurasında 69 şikayətə baxılıb

2019-cu ilin birinci yarımilliyində Vergilər Nazirliyinin Apelyasiya Şurasında ümumilikdə 69 şikayətə baxılıb. Bunlardan 7-si səyyar vergi yoxlamaları, 23-ü kameral vergi yoxlamaları, 11-i operativ vergi nəzarəti tədbirləri, 25-i vergi hesabatının müəyyən olunmuş müddətdə təqdim edilməməsi və 3-ü digər məsələlərlə bağlı olub. 

Daxil olmuş şikayətlərdən 20 vergi ödəyicisinin müraciətinə mahiyyəti üzrə baxılıb, bunlardan 11-i tam, 1-i qismən təmin edilib, 8 şikayət isə təmin olunmayıb. 49 vergi ödəyicisinin şikayətinə qanunvericiliyin tələbləri rəhbər tutulmaqla mahiyyəti üzrə baxılmamış saxlanılıb. Buna səbəb şikayətin predmeti üzrə məhkəməyə şikayət verilməsi və ya şikayətin məhkəmədə icraatda olması, şikayətin verilmə müddətinin buraxılması və şikayətlə bağlı qanunla müəyyən edilmiş forma və məzmuna əməl edilməməsi olub.

Eyni zamanda, Şura tərəfindən icraata qəbul edilmiş şikayətlər üzrə baxılaraq qəbul edilmiş qərarlardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına təkrar şikayətlər verilməyib.

Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl edilməsi, həmçinin vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi, bununla belə dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergi ödəyiciləri barədə Vergi Məcəlləsinə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə Şuranın qərarları Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?