5 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları müəyyən edilib

İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları müəyyən edilib

Vergilər Nazirliyi "İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları"nı hazırlayıb. Sənəddə ayrı-ayrı fəaliyyət növləri üzrə vergi ödəyicilərinin uçotunun aparılması, vergidən azad olunan sahələrin dəqiqləşdirilməsi əksini tapıb. 

Vergi nəzarəti ilk növbədə vergi ödəyicilərinin uçotundan başlayır və vergi ödəyicisinin seçdiyi fəaliyyət növündən asılı olaraq tədiyyəçisi olduğu vergilər, tətbiq edilən azadolmalar, güzəştlər və digər uçot məsələləri müəyyən olunur. Vergilər nazirinin 4 iyun 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə vergi orqanları tərəfindən göstərilən xidmətlərin günün tələblərinə uyğun təşkil edilməsinə və vergi inzibatçılığının təkmilləşdirilməsinə dair Tədbirlər Planı"nın 4-cü bəndinin icrası ilə əlaqədar mövcud qanunvericilik nəzərə alınmaqla iqtisadi fəaliyyət növləri təhlil edilib və "İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları" hazırlanıb. Bununla əlaqədar olaraq, vergi orqanlarına uçot-məlumat bazasında müvafiq dəqiqləşdirmələrin aparılması ilə bağlı tapşırıq verilib.

"İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları" ilə tam şəkildə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz:
http://www.taxes.gov.az/

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması