Vergi nəzarəti ilk növbədə vergi ödəyicilərinin uçotundan başlayır və vergi ödəyicisinin seçdiyi fəaliyyət növündən asılı olaraq tədiyyəçisi olduğu vergilər, tətbiq edilən azadolmalar, güzəştlər və digər uçot məsələləri müəyyən olunur. Vergilər nazirinin 4 iyun 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə vergi orqanları tərəfindən göstərilən xidmətlərin günün tələblərinə uyğun təşkil edilməsinə və vergi inzibatçılığının təkmilləşdirilməsinə dair Tədbirlər Planı"nın 4-cü bəndinin icrası ilə əlaqədar mövcud qanunvericilik nəzərə alınmaqla iqtisadi fəaliyyət növləri təhlil edilib və "İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları" hazırlanıb. Bununla əlaqədar olaraq, vergi orqanlarına uçot-məlumat bazasında müvafiq dəqiqləşdirmələrin aparılması ilə bağlı tapşırıq verilib.
"İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları" ilə tam şəkildə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz:
http://www.taxes.gov.az/