21 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nəqliyyat vasitələrinə görə illik amortizasiya norması

ƏDV qeydiyyatında olmayan və illik dövriyyəsi 200.000 manatadək olan mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərən hüquqi şəxsin balansında olan nəqliyyat vasitələrinə görə illik amortizasiya normasının yuxarı həddi nə qədərdir?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya normalarına 2 əmsalı tətbiq etməklə gəlirdən çıxırlar.

Qeyd olunanlara əsasən, bu kateqoriyadan olan vergi ödəyicisi balansında olan nəqliyyat vasitələrinə görə illik amortizasiya normasına (25 faizə) 2 əmsalı tətbiq etməklə (25% x 2 = 50%) daha artıq məbləği gəlirdən çıxmaq hüququna malikdir.

Əsas: Vergi Məcəlləsi, 114.3-1-ci maddə

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?