Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya normalarına 2 əmsalı tətbiq etməklə gəlirdən çıxırlar.
Qeyd olunanlara əsasən, bu kateqoriyadan olan vergi ödəyicisi balansında olan nəqliyyat vasitələrinə görə illik amortizasiya normasına (25 faizə) 2 əmsalı tətbiq etməklə (25% x 2 = 50%) daha artıq məbləği gəlirdən çıxmaq hüququna malikdir.
Əsas: Vergi Məcəlləsi, 114.3-1-ci maddə