13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda ilin əvvəlindən 11.821 Asan İmza sertifikatı verilib

2023-cü ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 34.346 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 46.836 sayda xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.

Yanvar-noyabr ayları ərzində vergi ödəyicilərinə 114.882 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 52 görüş keçirilib, 319 sayda ünvanlı xidmət göstərilib. İlin əvvəlindən 6.618 müraciət üzrə 11.821 Asan İmza sertifikatı verilib.

Bu ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən dekabrın 1-dək ümumilikdə 12.047 şəxs qəbul edilib və onlara 17.497 sayda xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 3 dəfə çoxdur.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi