16 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"vergiler.az" onlayn qəzetinin "Rəsmi cavab" rubrikası davam edir

"vergiler.az" onlayn qəzeti öz oxucularına Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinə sual ünvanlamaq imkanı yaradıb.

"Rəsmi cavab" rubrikasının növbəti qonağı Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovdur. Mövzu "Vergi uçotu və dövlət qeydiyyatı sahəsində vergi ödəyicilərinin rastlaşdığı məsələlər" adlanır. Oxucular hüquqi və fiziki şəxslərin qeydiyyatı, bu sahədə nəzərdə tutulan yeniliklər, uçot-məlumat bazası, "ASAN xidmət" mərkəzlərində Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər, məcburi dövlət sosial sığortasının məqsədləri üçün ailə kəndli təsərrüfatlarının və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotu, bank hesablarının açılması və s. məsələlərlə bağlı suallar ünvanlaya bilərlər.

"Rəsmi cavab" rubrikasının müəyyən edilmiş mövzusu ilə bağlı suallarınızı [email protected] ünvanına göndərə bilərsiniz. Sualların rubrikanın mövzusuna aid olması mütləqdir.

VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?