"vergiler.az" onlayn qəzetinin "Rəsmi cavab" rubrikası davam edir

2019.07.04 10:11 (UTC+04:00)

"Rəsmi cavab" rubrikasının növbəti qonağı Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovdur. Mövzu "Vergi uçotu və dövlət qeydiyyatı sahəsində vergi ödəyicilərinin rastlaşdığı məsələlər" adlanır. Oxucular hüquqi və fiziki şəxslərin qeydiyyatı, bu sahədə nəzərdə tutulan yeniliklər, uçot-məlumat bazası, "ASAN xidmət" mərkəzlərində Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər, məcburi dövlət sosial sığortasının məqsədləri üçün ailə kəndli təsərrüfatlarının və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotu, bank hesablarının açılması və s. məsələlərlə bağlı suallar ünvanlaya bilərlər.

"Rəsmi cavab" rubrikasının müəyyən edilmiş mövzusu ilə bağlı suallarınızı redaksiya@vergiler.az ünvanına göndərə bilərsiniz. Sualların rubrikanın mövzusuna aid olması mütləqdir.