15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizənin verilməsi

Əlavə dəyər vergisi (ƏDV) ödəyicilərini maraqlandıran suallardan biri də hansı hallarda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verilməsi ilə bağlıdır. “vergiler.az”ın sorğusuna əsasən, maliyyə və vergi məsələləri üzrə ekspert Rəşad Məmmədov bu suala aydınlıq gətirir:

Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vergi ödəyicisi, o cümlədən Məcəllənin 218.1.2-ci və ya 218.1.3-cü maddələrində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

Fikir verirsinizsə, burada "bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə" göstərilib. Vergi Məcəlləsinin 16.3-cü maddəsində qeyd edilib ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq, vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim etməlidir. Göründüyü kimi, Vergi Məcəlləsinin 16.3-cü maddəsi sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırdırılmasını nəzərdə tutur. Həmin maddədə yer alan hal Məcəllənin 158.1-ci maddəsində istisna edilir. Buradan belə nəticə əldə edirik ki, ƏDV ödəyicisi sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırdıqda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilməz.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?