14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların vergi yükü optimallaşdırılacaq

Növbəti vergi ilindən etibarən sahibkarlar üçün vergi yükünün optimallaşdırılması siyasəti tətbiq olunacaq. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə “Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” mövzusunda təşkil olunmuş birgə vergi konfransında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

“Hesab edirəm ki, bu, sahibkarlar tərəfindən çox müsbət qarşılanacaq. Bununla yanaşı, kiçik, orta və mikro sahibkarların həm vergi əməletmələrinə çəkdikləri xərclərinin minimallaşdırılması istiqamətində, həm də əməletmənin sadələşdirilməsi istiqamətində işlər nəzərdə tutulur ki, bunun da ümumi əməletmə faizinə çox böyük təsiri olacaq. Sadələşdirilmə rəqəmsal həllər və alətlər vasitəsilə həyata keçiriləcək. Qeyd edim ki, bu gün vergi daxilolmalarında artım, əsasən, könüllü əməletmə hesabına təmin olunur və bu göstərici hazırda 95,3 faiz təşkil edir”, - deyə O.Nəzərli qeyd edib.

DVX rəisi 2024-cü ilin büdcə paketində təklif olunan qeyri-neft sektorunun vergi daxilolmaları planının 2018-ci illə müqayisədə təqribən 2 dəfə artdığını bildirərək, vergi bazasının genişləndirilməsinə biznesi sıxmaqla və ya həddindən artıq çox vergi almaqla deyil, məhz vergi yükünün ədalətli, iqtisadiyyatın sahələri üzrə düzgün bölüşdürülməsi hesabına nail olunduğunu qeyd edib.

“Əmək münasibətlərində kifayət qədər artım və “ağarma” müşahidə etmək olar. Qeyd edim ki, bu gün qeyri-dövlət sektorunda olan müqavilələrin payı 50 faizə çatıb. Biz bu islahatları başlayanda heç də belə mənzərə mövcud deyildi. Vergi siyasətində gələcək hədəflərə gəldikdə, qeyd etmək istərdim ki, bu gün ümumi fiskal yığımlar 20 milyard manat üzərində olsa da, vergi siyasətinin formalaşmasında əsas hədəfimiz bu öhdəliklərin daha da artırılması üçün vergi yükünü getdikcə çoxaltmaq yox, əksinə, optimallaşdırmaqdan ibarətdir. Növbəti vergi ilində Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər də məhz buna hədəflənib”, - Xidmət rəisi vurğulayıb.

Bildirilib ki, Dövlət Vergi Xidməti iqtisadiyyatın dövlət tənzimləməsində çox mühüm alətlərə malikdir və ümumi idarəetmənin əsas qolları iqtisadiyyatda müsbət dəyişikliklərə, onu stimullaşdırmağa, iqtisadiyyatın “boz” hissəsini “ağartmağa” yönəlib.

“Biz hər bir vergi ödəyicisinin böyüməsində, mikro sahibkarlıq subyektlərinin kiçiyə, kiçikdən ortaya, ortaların isə daha da iri kateqoriyasına keçidində maraqlıyıq. Bu baxımdan da vergi siyasətimizi bu istiqamətdə hədəfləmişik”, - deyə O.Nəzərli qeyd edib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?