20 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Gömrük Komitəsi malların rəsmiləşdirilməsi barədə açıqlama verib

Son illər gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri şəffaflığın, maliyyə intizamının təmin olunması, əlverişli biznes mühitinin yaradılması hesabına qanuni ticarətin inkişaf etdirilməsidir. Dövlət Gömrük Komitəsinin açıqlamasında qeyd edilib ki, bu istiqamətdə informasiya texnologiyalarının tətbiqi hesabına bir sıra innovativ layihələr həyata keçirilib, vətəndaş-məmur təmasının minimuma endirilməsi üçün mühüm addımlar atılıb: "Görülən işlərin əsas hədəfi xarici ticarətin qanunvericiliyə uyğun olaraq asan və sürətli şəkildə həyata keçirilməsidir. Bu məqsədlə daşıyıcı şirkətlər, sahibkarlar, gömrük təmsilçiləri ilə dəfələrlə görüşlər keçirilib, həmin görüşlərdə ticarətin qanuni yollarla həyata keçirilməsi, malların real dəyər əsasında tərtib olunmuş orijinal invoyslarla bəyan edilməsi, gömrük rəsmiləşdirilməsinin sahibkar və ya onun qanuni təmsilçisi tərəfindən aparılması mövzuları müzakirə olunub".

Komitədən bildirilib ki, ölkəmizin gömrük orqanları xarici ticarət iştirakçılarına münasibətdə kimliyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəsə eyni mövqedən yanaşır və başlıca meyar qanunvericiliyə əməl edilməsi, qanuni ticarətin inkişafıdır. Bununla yanaşı, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanlarının birgə fəaliyyəti rəsmiləşdirmə prosesinin daha dəqiq həyata keçirilməsini təmin edir.

Qeyd olunub ki, kütləvi informasiya vasitələrində yayımlanan açıqlamalarda, sahibkarlar və onları təmsil edən qurumlarla keçirilən görüşlərdə dəfələrlə xarici ticarətlə məşğul olan şəxslərə mallarını karqo şirkətlərinin müdaxiləsi olmadan müstəqil və ya gömrük təmsilçiləri vasitəsilə bəyan etmək tövsiyə edilib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?