14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə vergi məbləği necə hesablanır?

Mənim mülkiyyətimdə 1,6 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinin çıxarışında torpağın kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunub. Lakin torpaq sahəsinin planı və ölçüsündə digər kateqoriyalı torpaqlara şamil edilməklə, 5-ci keyfiyyət qrupuna aid olmaqla, bonitet balı 20 qeyd olunub. Bu halda mən illik nə qədər torpaq vergisi ödəməliyəm?  

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə torpaq vergisi Nazirlər Kabinetinin "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" 2000-ci il 29 dekabr tarixli 230 nömrəli Qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyən edilmiş şərti ballar əsasında hesablanır.

Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 206-cı və 208-ci maddələri, Nazirlər Kabinetinin "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" 2000-ci il 29 dekabr tarixli 230 nömrəli Qərarı

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?