10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir?

“Transport” QSC-nin Rusiyada əldə etdiyi gəlirləri barədə həmin ölkənin səlahiyyətli orqanından məlumatlar daxil olub. Vergi orqanı tərəfindən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 2023-cü ilin fevral ayından başlanan kameral vergi yoxlaması 2 aydır davam edir, yəni 30 iş günü çoxdan keçib. Bu vaxta qədər yoxlamanın davam etməsi doğrudurmu?
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, xaricdən əldə edilən gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda, kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra xaricdən əldə olunan məlumatlar üzrə kameral vergi yoxlaması aparıla bilməz.

Qeyd olunanlara əsasən, QSC-nin xaricdən əldə edilən gəlirləri üzrə xarici dövlətin səlahiyyətli orqanından müvafiq məlumatlar daxil olduqda kameral vergi yoxlaması məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 37.2-ci maddəsi.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?