23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İdxal olunan mallar barədə məlumat formasının vergi orqanlarına təqdim edilməsi

Mən fərdi sahibkar kimi tikinti materiallarının idxalı və topdansatışı ilə məşğul oluram. Həmin fəaliyyəti həyata keçirdiyim obyekti vergi orqanlarında uçota aldırmışam. Vergi Məcəlləsinin tələblərinə əsasən, idxal ediləcək mallar barədə malların gömrük nəzarətindən çıxdığı vaxtadək vergi orqanına məlumat verilməlidir. Bu baxımdan, Rusiyadan idxal etdiyim mallar barədə məlumat formasını vergi orqanlarına təqdim etməyim mütləqdirmi?
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda, bu Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu səbəbdən, idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur.

Qeyd olunanlara əsasən, tərəfinizdən idxal edilən mallara görə Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə uyğun olaraq məlumat forması təqdim edilmir.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsi.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?