19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dividend gəlirlərinə hansı halda güzəşt tətbiq olunur?

Səhmdar cəmiyyətinin 2022-ci maliyyə iliində yaranmış xalis mənfəəti səhmdarların 31 yanvar 2023-cü il tarixində keçirilmiş ümumi yığıncağının qərarı ilə bölüşdürülmüş, dividendlər 2023-cü ilin fevralın 1-dən sonra ödənilmişdir. Bu halda Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinədə nəzərdə tutulmuş vergidən azadolmalar və güzəştlər həmin dividend gəlirlərinə aid edilirmi?

Dövlət Vergi Xİdmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 13.2.15-ci maddəsində isə qeyd olunur ki, dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və ya səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Qeyd olunanlara əsasən, 2023-cü ilin fevral ayının 1-dək əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəət hesabına elan edilən dividendin güzəşt müddəti bitdikdən sonra ödənilməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azadolma tətbiq edilir.

Qeyd edilib ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, MMC tərəfindən 2023-cü il fevralın 1-dən sonra elan edilmiş dividendlər kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər üzrə ödənildiyi halda gəlir vergisindən azadolma tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 102-ci maddələri.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?