6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən xarici hüquqi və fiziki şəxslər rezident hesab edilirmi?

Vergi Məcəlləsinin yeni əlavə edilmiş 226.2.-ci maddəsinə əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə həmin ərazilərdə vergi uçotuna alınan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür. Bu tərifə əsasən "işğaldan azad edilmiş ərazinin rezidenti" anlayışı həmin ərazilərdə fəaliyyət göstərən xarici hüquqi və fiziki şəxslərə şəmil edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən, bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Bununla yanaşı, Vergi Məcəlləsinin məqsədləri üçün istifadə olunan anlayışlar həmin Məcəllənin 13-cü maddəsində təsbit olunmuşdur.

Belə ki, Vergi Məcəlləsinin 13.2.2-ci maddəsinə əsasən hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.

Vergi Məcəlləsinin 13.2.3-cü maddəsinə əsasən fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxsdir.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin XIX fəslinin müddəaları işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan xarici hüquqi və fiziki şəxslərə də şamil olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 226-cı maddələri.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?