Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 6,7 milyard manat olub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, indiyədək ölkə ərazisində 88.454 ədəd yeni nəsil NKA quraşdırılıb. Bu növ NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-aprel ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6,7 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz çoxdur.