3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nəzarət olunan xarici müəssisə haqqında arayışlar vergi orqanına təqdim edilməlidir VİDEO

Məlum olduğu kimi, Azərbaycanın “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT - OECD) tərəfindən 2022-ci il dekabrın 16-da təsdiq edilib.

İƏİT-in BEPS üzrə 3-cü Fəaliyyətindən irəli gələn nəzarət olunan xarici müəssisələrin (CFC) vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə “Nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi”nə dair əlavə edilmiş yeni 14-2-ci maddə 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

vergiler.az” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi ödəyiciləri bir sıra hallarda “Nəzarət olunan xarici müəssisə haqqında arayış”ı Xidmətin müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətdə vergi orqanına təqdim etməlidirlər.

Bu hallara aşağıdakılar aiddir:

- Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxs özü və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə birbaşa və ya dolayısilə xarici müəssisədə 50 faizdən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə;

- nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, Vergi Məcəlləsinə uyğun olaraq, həmin mənfəətdən ödənilməli mənfəət vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olarsa;

- xarici müəssisənin illik gəlirlərinin 30 faizindən çox olan hissəsi aşağıdakı gəlirlərdən ibarət olarsa:

  • maliyyə aktivlərindən əldə edilən faiz;

  • əqli mülkiyyətdən əldə edilən royalti;

  • səhmlərin və iştirak paylarının satışından əldə edilən gəlirlər;

  • maliyyə lizinqindən əldə edilən gəlirlər;

  • sığorta, bankçılıq və digər maliyyə əməliyyatlarından əldə edilən gəlirlər;

  • heç bir iqtisadi dəyər yaratmayan mal və xidmətlərdən gəlir əldə edən müəssisələr üzrə gəlirlər.

İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 19 aprel tarixli Qərarı ilə “Nəzarət olunan xarici müəssisə haqqında arayış”, habelə həmin arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim olunması forması və qaydası təsdiq edilib.

Rezident fiziki və hüquqi şəxslər tərəfindən 2022-ci il üzrə “Nəzarət olunan xarici müəssisə haqqında arayış” Bəyannamə Tərtibatı Proqramı (BTP) vasitəsilə tərtib edilərək mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətdə (hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq) elektron qaydada vergi orqanına təqdim edilməlidir. Vergi Məcəlləsinə əsasən, “Nəzarət olunan xarici müəssisə haqqında arayış”ı müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına uyğun olaraq 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması