8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin rəisi “Uğur yolu”nun qalibləri ilə görüşüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri ilə görüşüb. “vergiler.az” xəbər verir ki, müsabiqənin qalibləri ilə qeyri-rəsmi formatda söhbət edən DVX rəisi “Uğur yolu”nun mühüm bir platforma olduğunu, bu müsabiqənin intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan əməkdaşların müəyyənləşdirilməsi, onların peşə hazırlığının dəstəklənməsi, yeni nəsil idarəçilərin hazırlanması və ehtiyat kadrlar bazasının formalaşdırılmasına xidmət etdiyini bildirib.

DVX-nin insan kapitalının formalaşdırılmasına xüsusi əhəmiyyət verdiyini vurğulayan O.Nəzərli hər bir təşkilatın müvəffəqiyyətinin, ilk növbədə, onun kadr potensialı və insan resurslarının keyfiyyətindən birbaşa asılı olduğunu, peşəkar komandanı islahatların və uğurun açarı hesab etdiyini vurğulayıb.

O.Nəzərli həyata keçirilən islahatların ölkəmizin iqtisadi inkişafında rolu barədə danışıb, idarəçilik bacarıqlarının inkişafı, peşəkar yanaşma tərzinin formalaşması, strateji və taktiki planlaşdırmanın aparılması ilə bağlı fikirlərini gənclərlə bölüşüb.

Görüşdə İqtisadiyyat Nazirliyinin və DVX-nin insan resursları ilə bağlı strukturlarının rəhbərliyi də iştirak ediblər. Tədbirin sonunda qaliblərə liderlik və idarəetmə strategiyası ilə bağlı kitablar hədiyyə edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?