24 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Kirayə mənzil" layihəsi çərçivəsində təqdim edilən mənzillər ucuzlaşa bilər

Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.10-1-ci maddəni “vergiler.az”a maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edib.

Məcəllənin yeni maddəsinin müddəalarına əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əlavə dəyər vergisindən azad edilib. Bu o deməkdir ki, artıq İpoteka və Zəmanət Fondunun "Kirayə mənzil" lahiyəsi çərçivəsində təqdim etdiyi mənzillərinin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma olacaq. Ümid etmək olar ki, bu addım layihədən əhalinin daha geniş təbəqələrinin istifadəsinə imkan yaradacaq.

Bu məsələdə daha çox maraq doğuran məqam dəyişikliyin qüvvəyə minmə tarixindən, yəni 1 yanvar 2023-cü ildən əvvəl layihəyə qoşuluş 2.970 nəfərlə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

Həmçinin, əlavə dəyər vergisi dolayı vergidir, yəni istehlakçıdan tutulan vergidir. Bu vergitutma növündə İpoteka və Zəmanət Fondu yalnız vergini ödəyən ilə büdcə arasında vasitəçi kimi çıxış edir. Bir halda ki, dövlət artıq bu verginin istehlakçıdan tutulmasını tələb etmir, deməli, Fond tərəfindən bu məbləğin tutulmasına da əsas yoxdur.

Əlavə olaraq qeyd etmək istərdim ki, “Kirayə mənzil” layihəsi çərçivəsində yaşayış sahələrinin təqdim edilməsi keçmişdə olmuş əməliyyat kimi yox, davam edən satış kimi qiymətləndirilə bilər. Hər aylıq ödənişin tərkibində həm əsas hissə, həm də ƏDV mövcuddur. Tutulmuş ƏDV-ni İpoteka və Zəmanət Fondu bu vaxta qədər, sözsüz ki, dövlət büdcəsinə köçürürdü. İndi isə dövlət bu vergini Fonddan tutmayacaq. Deməli, Fondun da bu vergini vətəndaşlardan tutmasına ehtiyac qalmır.

VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?