29 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

Əmək bazarında gender bərabərliyinin dolğun təminatı məqsədilə uğurlu islahatların aparıldığı Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) üzv qəbul edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, EPIC qadınlar və kişilər arasında bərabər dəyərə malik iş üçün bərabər əməkhaqqı ödənişi prinsipinin qlobal səviyyədə təbliği və təşviqini həyata keçirir. Hazırda müxtəlif ölkələr üzrə 70-dən çox qurumun üzv olduğu təşkilat bu sahədə hökumətlərə, işəgötürənlərə, işçilərin təşkilatlarına əlaqələndirilmiş şəkildə növbəti irəliləyişlərin əldə edilməsinə ekspertiza dəstəyi göstərir, habelə fəal təcrübə mübadilələrinə dəstək verir.

Gender bərabərliyinin təmin olunması sahəsində dolğun qanunverclik bazası və müsbət təcrübəsi olan Azərbaycan MDB regionunda ən çox BƏT-in standartlarını qəbul edən ölkələrdən biri olmaqla, gender bərabərliyi ilə bağlı mühüm beynəlxalq konvensiyalara da qoşulub.

Son illər Azərbaycanda qadın əməyi ilə bağlı aparılan islahatlar nəticəsində Dünya Bankının Qadın, Biznes və Hüquq 2024-cü il nəşrindəki hesabat-reytinqdə ölkəmizin indeksi 78,8-dən 85-ə yüksəlib. Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında da Azərbaycanda aparılan bu islahatlar nümunəvi təcrübə kimi təqdim edilib.

VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?