14 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanlarının hüquqi tənzimləmə sahəsində gördüyü işlər

2019-cu ilin I rübündə respublika üzrə yerli vergi orqanları tərəfindən məhkəmələrə ümumilikdə 152 milyon 354,7 min manat məbləğində 1.982 müraciət edilib. Bu müraciətlərdən vergi borcunun, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınmasını təmin etmək məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı 988,6 min manat məbləğdə 100 iddia ərizəsi ilə inzibati-iqtisadi məhkəmələrə müraciət edilib. Cari və ötən dövrlərdə verilmiş həmin iddia ərizələrindən I rübdə vergi orqanına 135,1 min manat məbləğində 127 qətnamə daxil olub ki, bunların da hamısı məhkəmələr tərəfindən təmin edilib. Həmçinin inzibati-iqtisadi məhkəmələrin icraatında olan iddia ərizələri üzrə 137,9 min manat məbləğdə 45 qərardad daxil olub, bunların da hamısı vergi borcunun ödənilməsi ilə bağlı olub.

Məhkəmədə baxılan işlər üzrə hüquqi müdafiənin səmərəliliyinin artırılması məqsədilə "Elektron məhkəmə" informasiya sistemində elektron kabinetin yaradılması, eləcə də iqtisadi mübahisələrə baxan məhkəmələr və "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu ümumi məhkəmələr ilə vergi orqanları arasında prosessual sənəd dövriyyəsinin həmin elektron kabinet vasitəsilə həyata keçirilməsi barədə yerli vergi orqanlarına göstərişlər verilib.

Cari ilin I rübündə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Ali Məhkəmədə vergi ödəyicilərinin xeyrinə tam və qismən həll edilməklə başa çatmış işlərin sayı 62,5 faiz, məbləği isə 95,7 faiz azalıb. Müvafiq olaraq, vergi orqanlarının xeyrinə həll edilmiş işlərin sayı 16,7 faiz, məbləği isə 13,2 faiz artıb.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?