15 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

2019-cu il yanvarın 1-nə olan məlumatlarla müqayisədə aprelin 1-i vəziyyətinə ölkədə aktiv vergi ödəyicilərinin sayında 11,5 faiz artım qeydə alınıb.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov iqtisadçı ekspertlərlə keçirilən "dəyirmi masa"da bildirib ki, bu ilin birinci rübündə ƏDV ödəyicilərinin sayında artım təxminən 36,7 faiz təşkil edib. Qeydiyyatda olan obyektlərin sayında da 12 faizə yaxın artım müşahidə edilib.

Xatırladaq ki, bu ilin ilk 4 ayında qeydiyyata alınanlarla birgə vergi ödəyicilərinin sayı 1 milyon 2 min 865-ə çatıb. Bu dövr ərzində qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı isə 36 min 558 olub.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?