2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi xidməti əməkdaşları Heydər Əliyev Mərkəzində ekskursiyada olublar

Vergi xidməti əməkdaşları Heydər Əliyev Mərkəzində ekskursiyada olublar

Mayın 11-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Vergilər Nazirliyinin təşkilatçılığı ilə vergi xidməti əməkdaşları üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Mərkəzin bələdçiləri tərəfindən ekskursiya iştirakçılarına müasir memarlıq quruluşuna malik unikal tikili haqqında məlumat verilib. Bildirilib ki, müasir Bakının simvollarından biri hesab edilən Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

Sonra ziyarətçilər Mərkəzdə fəaliyyət göstərən "Heydər Əliyev Muzeyi" ilə tanış olublar, Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əhatə edən ekspozisiyalara baxıblar. Vergi xidməti əməkdaşları Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələrin nümayiş etdirildiyi eksponatlarla tanış olublar.

Daha sonra iştirakçılar ölkənin tarixi və mədəni irsini əks etdirən unikal eksponatların nümayiş etdirildiyi "Azərbaycan inciləri" adlı sərgi ilə tanış olublar. Sərgidə nümayiş etdirilən: arxeoloji ekspedisiyalar zamanı Qobustan dövlət tarixi-bədii qoruğunda aşkarlanmış qayaüstü təsvirlər, numizmatika məmulatları, zinət əşyaları, orta əsrlərə aid gil, keramika nümunələri, Quran, Tövrat və İncilin qədim əlyazmaları, müxtəlif regionlara məxsus Azərbaycan milli geyim nümunələri, müxtəlif məktəblərə xas milli xalçalar və qədim Azərbaycan musiqi alətləri vergi xidməti əməkdaşlarında unudulmaz təəssürat yaradıb. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında maraqlı məlumatlar əldə ediblər.

İştirakçılar Mərkəzdə fəaliyyət göstərən "Mini Azərbaycan" zalları və alt mərtəbədəki klassik avtomobillər sərgisinə də baxıblar. Ekskursiya vergi xidməti əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?