19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyəti hansı hallarda saxlanılmır?

İzləyicilərimizin “vergiler.az”a göndərdikləri suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinə əsasən, həm əhaliyə pərakəndə satış qaydasında, həm də vergi ödəyicilərinə topdansatış qaydasında mal satan sadələşdirilmiş vergi ödəyicisi olan şəxslər rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətini saxlayırlar.

Lakin ola bilər ki, vergi ödəyicisi həm əhaliyə mal satır, həm də vergi ödəyicilərinə xidmət göstərir və vergi ödəyicilərinə göstərdikləri xidmətlərin həcmi ümumi əməliyyatların həcminin 30 faizindən azdır. Misal: Kondisionerlərin satışı və quraşdırılması ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisi əhaliyə 8.000 manat dəyərində kondisioner satıb, vergi ödəyicisinə isə 2.000 manat dəyərində havalandırma və quraşdırma xidmətləri göstərib. Vergi ödəyicilərinə göstərilən xidmətlərin ümumi dövriyyədəki payı:

2.000:(8.000+2.000) = 20%.

Bu halda vergi ödəyicilərinə göstərilən xidmətlərin dəyəri ümumi dövriyyənin 30 faizindən az olsa da, ödəyicinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılır. Çünki Vergi Məcəlləsinin 218.6.1 və 218.6.2-ci maddələrinə əsasən, vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ o zaman saxlanılır ki, 30%-lik limit yalnız topdansatışın həcminin ümumi ticarət dövriyyəsindəki xüsusi çəkisinə görə nəzərə alınsın. Həmçinin limit vergi ödəyicilərinə göstərilən xidmətlərin həcminin göstərilən ümumi xidmətlərin həcmindəki payına görə müəyyən edilir. Qarışıq əməliyyatları aparan şəxslər üçünsə 30%-lik limit müəyyən edilmir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?