14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Korrupsiya ilə mübarizə mövzusunda təlimlər keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Dövlət Vergi Xidməti (DVX) tərəfindən həm müvafiq dövlət orqanları, həm də vətəndaş cəmiyyəti institutları ilə birlikdə sistemli tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri “Dövlət vergi orqanmlarında etik davranış qaydaları, məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimin keçirilməsi olub. Cari ilin 5 oktyabr - 16 noyabr tarixlərində DVX-nin İnsan resursları Baş İdarəsinin təşkilatçılığı ilə Daxili təhlükəsizlik Baş İdarəsi və Tədris Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlimlər, Mərkəzi Aparat da daxil olmaqla, bütün dövlət vergi orqanlarını əhatə edib.

Bundan başqa, regionlara səfərlər çərçivəsində Beyləqan rayonunda fəaliyyət göstərən bir sıra dövlət və bələdiyyə orqanları, o cümlədən rayonun təhsil və səhiyyə müəssisələri, kənd ərazi icra nümayəndələri və digər büdcə təşkilatlarında çalışan işçilər üçün “Korrupsiya hüquqpozmalarına görə məsuliyyət” mövsuzunda maarifləndirici təlim təşkil olub. Təlimləri DVX-nin Daxili təhlükəsizlik Baş İdarəsi və Tədris Mərkəzinin vəzifəli şəxsləri aparıblar.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?