13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycana daxil olmadan bir ölkədən digər ölkəyə mal satışı ƏDV öhdəliyi yaradırmı?

Vergi ödəyiciləri arasında ciddi aktuallıq kəsb edən bu suala “vergiler.az” üçün iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə doğuran müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Vergi Məcəlləsinin 159-cu maddəsində göstərilir ki, ƏDV üzrə vergitutma obyekti Azərbaycan Respublikasını ərazisində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi zamanı yaranır.

Misal 1: Azərbaycan Respublikasının rezidenti “BX” MMC 2022-ci ilin sentyabr ayında digər rezident “RM” MMC ilə 10.000 manatlıq (ƏDV-siz) mal alğı-satqısı üzrə müqavilə bağlayaraq həmin ayda malı təhvil verib. Bu proses sənədləşdirilməklə yanaşı elektron qaimə-faktura ilə rəsmiləşdirilib. Bu zaman cari ayda “BX” MMC-nin 1.800 manatlıq ƏDV öhdəliyi yaranacaq:

10.000 x 18% = 1.800 manat.

Bəs mal alqı-satqısını Azərbaycan Respublikası ərazisində etmədiyimiz təqdirdə ƏDV öhdəliyi yaranacaqmi? Bu sual hazırda sahibkarlar arasında çox aktuladır.

Misal 2: Azərbayacan Respublikasının rezidenti “BX” MMC maya dəyəri 100.000 manatlıq malı Türkiyənin “NS” firmasından alaraq Azərbaycan Respublikasına idxal etmədən birbaşa İtaliyanın “AG” firmasına 110.000 manata satıb. Müqaviləyə əsasən, İtaliyada olan “AG” firması pulu birbaşa Azərbaycan Respublikasının vergi ödəyicisi “BX” MMC-nin bank hesabına ödəyib. Bundan sonra “BX” MMC özünə aid olan 10.000 manatlıq gəlirini ayıraraq malın dəyərini, yəni 100.000 manatı Türkiyənin “NS” firmasının bank hesabına köçürüb. Bu halla bağlı sahibkarlarda və mühasiblərdə sual yaranır ki, “BX” MMC-nin bank hesabına daxil olan pula görə ƏDV öhdəliyi və başqa hansı vergi öhdəliyi yaranırmı?

Bu prosesi təhlil etmək üçün əvvəlcə alıcının malı aldığı yeri müəyyənləşdirmək lazimdir. “BX” MMC Azərbaycan Respublikasının rezidenti olmasına baxmayaraq malı aldığı yer Türkiyə Respublikasının ərazisidir. Bu zaman Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, malın Azərbaycan Respublikasına daxil olmadan (idxal edilmədən) Türkiyə Respublikasının rezidenti “NS” firmasından 100.000 manata alınaraq yerindəcə birbaşa İtaliya Respublikasının “ AG” firmasına 110.000 manata satışı ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri kimi qəbul edilməməlidir. Buradan aydın olur ki, “BX” MMC heç bir halda həmin məbləği ƏDV-yə cəlb etməyəcək.

Yalnız ilin sonu “BX” MMC öz gəlirini Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən mənfəət vergisinə cəlb edəcək.

Onu da qeyd etmək istəyirəm ki, “BX” MMC-nin bank hesabına daxil olan 110.000 manatın 100.000 manatlıq hissəsinin malın alındığı Türkiyə Respublikasının rezidenti “NS” firmasının bank hesabına köçürülməsi zamanı həmin məbləğ Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq vergi tutulan əməliyyatın dəyəri kimi qəbul edilməməlidir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?