11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisinin təsərrüfat subyektinin qeydiyyata alınması və icarə münasibətləri

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Vəkillər Kolleksiyasının üzvü Kamal Novruzov “vergiler.az”a şərhində qeyd edib ki, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyəverən Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə əsasən, 14 faiz dərəcə ilə vergini özü ödəyir və Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Təsərrüfat subyekti dedikdə fiziki və hüquqi şəxsin xüsusi mülkiyyətində, balansında olan əmlakı və ya obyekti başa düşülür.
İcarə münasibətləri icarəyə verən və icarəyə götürən arasında yaranan bir mülki münasibətdir. Bu münasibətlərin tənzimlənməsi üçün öz əmlakını (obyektini) icarəyə verən fiziki və ya hüquqi şəxslə obyekti icarəyə götürən fiziki və ya hüquqi şəxslər iştirak edir. Belə münasibətin reallaşması üçün tərəflər arasında icarə müqaviləsi bağlanılır və notarial qaydada təsdiq olunur.

Qeyd eləmək lazımdır ki, icarə müqaviləsinin bağlanması üçün obyektin çıxarışının olması şərtdir.

İcarə münasibətləri tərəflər arasında gerçəkləşərkən Vergi Məcəlləsinin 14-cü maddəsində qeyd olunan bazar qiymətlərinin nəzərə alınması daha məqsədəuyğun olardı. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.

Növbəti mərhələ isə ödəmə mənbəyində icarə haqlarından verginin tutulması prosesidir. Bu proses zamanı isə Vergi Məcəlləsinin 124.1-ci maddəsində qeyd olunduğu kimi daşınan və daşınmaz əmlak üçün icarə haqqından 14 faiz dərəcə ilə vergi tutulur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?