8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İxrac qeydi ilə satış həyata keçirən şəxslərə hansı tələblər qoyulub?

İxrac qeydi ilə satış həyata keçirən şəxslərə hansı tələblər qoyulub?

İxrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair hansı tələblər vardır?

Suala cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin şəxslərə aşağıdakı tələblər irəli sürülüb:

- İxrac qeydi ilə satılan malların istehsalçı tərəfindən bilavasitə Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olması;

- İxrac qeydi ilə satılmış malların büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edəcək təminatı (bank qarantiyasını və ya depoziti) ixracatçıdan əldə etməsi.

- İxrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər

- Ən azı 1(bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirməsi;

- İxrac qeydi ilə alınmış malların büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edən, istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğinin ixracatçı tərəfindən ödənilməsi.

Bu tələblər "Malların ixrac qeydi ilə satışı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsaslanır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?