11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi daxilolmaları 16,5 faiz artıb

2019-cu ilin ilk rübündə dövlət büdcəsinin mədaxili 5 milyard 439,7 milyon manat, xərcləri isə 5 milyard 35,9 milyon manat olub.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, dövlət büdcəsinin profisiti 403,8 milyon manat təşkil edib. Büdcənin mədaxili 2018-ci ilin müvafiq rübü ilə müqayisədə 876,3 milyon manat və ya 19,2 faiz çoxdur.

Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 milyard 672,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5 faiz çoxdur. Həmin vəsaitin 69,1 faizi və ya 1 milyard 155,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Hesabat dövründə Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə 1 milyard 14,1 milyon manat vəsait təmin edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz və yaxud 287,1 milyon manat çoxdur. Birinci rübdə Dövlət Neft Fondundan dövlət büdcəsinə 2 milyard 615 milyon manat vəsait transfert edilib.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 93,8 milyon manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 43,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və ya 22,3 milyon manat çoxdur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?