7 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mənzillərin satışının vergiyə cəlb olunması

Mən 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən yaşayış binasından mənzil almış, 2020-ci ildə isə bu mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışam. Hazırda həmin mənzili satmaq istəyirəm. Mənzilin satışı notarius tərəfindən hansı şərtlərlə vergiyə cəlb olunacaq?

Dövlət Vergi Xidmətindən bildirilir ki, fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi sadələşdirilmiş vergidən azaddır.
Eyni zamanda, yaşayış yeri üzrə qeydiyyatda olma müddətindən asılı olmayaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi sadələşdirilmiş vergidən azaddır.

Qeyd olunanlara əsasən, fiziki şəxsin yaşayış yeri üzrə 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduğu yaşayış sahəsinin (mənzilinin) təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan hissəsindən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləği yaşayış sahəsini təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 150-ci və 218-1-ci maddələri

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?